• Bakı 9° C

    2.3 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ucarda açıq ərazidə yanğın - VİDEO

HADİSƏ

07 Mart 2025 | 08:42 | Müəllif: Qalib İbrahimoğlu

Ucarda açıq ərazidə yanğın - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ucar rayonu, Təzə Şilyan kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir və Ucar rayon Yanğından Mühafizə hissələrinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində kol-kos və qamışlıq sahədə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə, o cümlədən ərazidə yerləşən kommunikasiya xətlərinə keçməsinə imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində 15ha sahədə kol-kos və qamışlıq yanıb.

Ətraf ərazilər və kommunikasiya xətləri yanğından mühafizə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR