Ağdam-Füzuli yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 1996-cı il təvəllüdlü şəxs (kişi cinsli) 06.03.2025-ci il tarixində saat 19:30 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Bakıvaxtı.az-a TƏBİB-dən bildirilib.
Dəqiqləşdirilməmiş qapalı kəllə-beyin travması, döş qəfəsinin küt travması, qarnın küt travması, sol ayağın dördüncü barmağının əsas falanqasının yerdəyişmiş sınığı diaqnozları təyin edilən şəxsə zəruri tibbi yardımlar göstərilib. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.
Qeyd edək ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qəzaya düşüblər. Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə 1 nəfər ölüb, 1 nəfər isə ağır xəsarət alıb.
20:45
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları Qəzaya düşüblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə nümayəndəlikdın bildirilib.
"Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları Məmmədova Svetlana və Fərzəliyev Rafet xidməti vəzifələrini yerinə yetirərkən Ağdam-Füzuli yolunda avtomobil qəzasına uğrayıblar. Təəssüflə bildiririk ki, Məmmədova Svetlana hadisə yerində dünyasını dəyişmiş, Fərzəliyev Rafət isə xəsarət almış və xəstəxanaya yerləşdirilmişdir. Allahdan dünyasını dəyişən əməkdaşımıza rəhmət, yaralı əməkdaşımıza isə şəfa diləyirik", - nümayəndəlikdən bildirilib.
**20:15
Ağdamda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bakıvaxtı.az-ın Trend-ə istinadən məlumata görə, hadisə işğaldan azad olunmuş Ağdam- Füzuli yolunda baş verib.
Belə ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə 1 nəfər ölüb, 1 nəfər isə ağır xəsarət alıb.
Hazırda təcili tibbi yardım bölməsinin 2 avtomobili hadisə yerinə çağrılıb.
Faktla bağlı araşdırma başlanıb, ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilir.