Ağstafada dəm qazından zəhərlənən hərbiçilərin kimliyi məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, "Unikal"ın məlumatına görə, zəhərlənlər Sumqayıt şəhər sakini 2004-cü il təvəllüdlü Rəfail Hacızadə, Cəlilabad rayon sakini 2002-ci il təvəllüdlü Ruslan Əliyev və Yardımlı rayon sakini 1995-ci il təvəllüdlü Saleh Abdullazadədir.
Faktla bağlı araşdırma aparılır.
***
09:10
Ağstafada üç nəfər dəm qazından zəhərlənib.
Bakıvaxtı.az xəbər verir ki, "Unikal"ın məlumatına görə, hadisə Ağstafa şəhərinin mərkəzi küçələrinin birində qeydə alınıb. Belə ki, 3 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir. Məlumata görə, hər üç şəxs kirayə qaldıqları evdə dəm qazında zəhərlənib.
Onların hərbçi olduğu bildirilir.
Fakt araşdırılır.