• Bakı 27° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Bakıda tanınmış yazıçının meyiti tapıldı

HADİSƏ

05 Fevral 2025 | 10:08

Bakıda tanınmış yazıçının meyiti tapıldı

Yazıçı-jurnalist Bəhram Çələbi (Mustafabəyli) vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun meyiti dünən gecə saat 22 radələrində yaşadığı Nəsimi rayonu Şamil Əzizbəyov küçəsindəki evində tapılıb.

Belə ki, 1946-cı il təvəllüdlü Bəhram Nütvəli oğlu Mustafabəylinin meyitinin üzərində zorakılıq əlamətləri görünməyib.

Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib.

Qeyd edək ki, B.Çələbi kriminal mövzularda çoxsaylı kitabların müəllifidir. Onun kitabları son illərdə ölkədə ən çox satılan nəşrlər arasında olub.

Şəkidə anadan olmuş B.Çələbi bu rayonda uzun müddət müxtəlif vəzifələrdə çalışıb və 1980 – 1996-cı illərdə Şəki Şahmat Məktəbinin direktoru olub. O, 1990-cı illərin sonunda Bakıya köçmüşdü.


Bakıda tanınmış yazıçının meyiti tapıldı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026