Bir çoxumuz hələ yeni ildə nələr geyinəcəyimizi planlamasaq da, moda sahəsində artıq 2025-ci ilin geyim stilləri və rəngləri proqnozlaşdırılıb.
Bakıvaxtı.az Modern.az-a istinadla moda brendlərinin və mütəxəssislərinin 2025-ci ilin dəbi ilə bağlı məlumatları təqdim edir.
Mükəmməl görüntü yaradan pijamalar
Pijama dizaynlı geyimlərdən istifadəyə 2024-cü ildən başlanılıb. İstehlakçı tendensiyalarını proqnozlaşdıran “WGSN” şirkəti zərif uyğun pijamaların səyahət, çimərlik və gündəlik geyim stillərində pijama tipli paltarlara üstünlün verəcəyini düşünür. Şirkətin e-ticarət məlumatları göstərir ki, pijamalar ötən il tətil alış-verişinin ən güclü performans göstərən kateqoriyalarından biri olub.
“WGSN”nin qadın geyimləri üzrə vəzəfiəli şəsi Sara Maggioni CNN-ə bildirib ki, bu geyimlər tətildə hamımızın yataqda daha çox vaxt keçirdiyimizə görə deyil: "Yuxu paltarları indi istirahət edənlər üçün çox faydalı, çoxfunksiyalı əşyalar kimi görünür".
Cazibəli çantalar
“WGSN” firmasının ayaqqabı və aksessuar üzrə rəhbəri Ceyn Kollinsə görə, çanta cazibəsinin yüksəlişi birbaşa şəxsi ifadə və eksklüzivliyə olan maraqdan irəli gəlir. Şirkət bir çox brend çantaların bahalaşacağını bildirib.
Məxmər parçalar
İstehlakçıların nə geyindiyini və paylaşdığını görmək üçün hər gün bir milyondan çox sosial media postunu təhlil edən “Heuritech” şirkəti 2025-ci ildə ən çox məxmər parçalardan istifadə olunacağını qeyd edib.
Moda mütəxəssisi Frida Tordhaq isə CNN-ə müsahibəsində 2024-cü ilin sonunda məxmərdən istifadənin ümumi artımının 128% olduğunu bildirib. Məxmər parçalarla yanaşı həmçinin krujeva, şifon və səliqəsiz geyimlər də bu ilin geyim dəbi sırasındadır.
Dar cins şalvarlardan yenidən gündəmdə
Bir neçə il öncə dəbdə olan dar cins şalvarınızı bu il də rahatlıqla geyinə biləcəksiniz. “WGSN”nin baş strateqi Suzi Draffan 2025-ci ildə dar cins şalvarların geridönüş edəcəyini bildirib. Geniş ətəyi olan cins şalvarlar isə ötən ilki kimi yenə də dəbdə olacaq.
Albalı rəngi
“Pantone” firması qəhvəyi rəngini 2025-ci ilin dəbi olaraq elan etsə də, “Pinterest” bu ilin trendlərini fərqli rəylə qiymətləndirib. Platformaya görə, albalı, qırmızı artıq minilliklərdir əhval-ruhiyyəni artıran rəng olaraq bilinir. "Pinterest"in ötən il axtarışlarında da "albalı vibe" 325%, "tünd albalı qırmızısı" ifadəsi isə 235% artdığına görə bu il də o rəngin dəbdə olacağı bildirilir.