• Bakı 14° C

    1.22 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ukrayna bu ay “Mirage” qırıcılarının ilk partiyasını alacaq

DÜNYA

04 Yanvar 2025 | 16:46

Ukrayna bu ay “Mirage” qırıcılarının ilk partiyasını alacaq

Ukrayna bu ay Fransadan ilk dəfə, 3 ədəd olmaqla “Mirage 2000-5F” qırıcısı alacaq.

Bakıvaxtı.az “RBK Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə “Avions Legendaires” nəşri məlumat yayıb.

Nəşr qeyd edir ki, Ukraynanın alacağı təyyarələr Fransa Aerokosmik Qüvvələrinin arsenalından çıxarılıb və daha mürəkkəb tapşırıqları yerinə yetirmək üçün modifikasiya edilib.

Ümumilikdə Ukrayna 10-a yaxın “Mirage” qırıcısı ala bilər.

“Avions Legendaires”in məlumatına görə, ilk üç təyyarə yanvarın 20-dək Ukraynaya çatdırılacaq.

Eyni zamanda, nəşrin bəzi mənbələri “Mirage”ların artıq Ukraynada olduğunu, lakin hələlik pilotların hazırlanması üçün istifadə edildiyini vurğulayıb.

Xatırladaq ki, 2024-cü il iyunun əvvəlində Fransa Prezidenti Emmanuel Makron “Mirage 2000” qırıcılarını Ukraynaya vermək niyyətində olduğunu açıqlayıb. KİV Ukraynanın Fransa təyyarələrinin modernləşdirilmiş versiyasını ala biləcəyini yazıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026