• Bakı C

    2.59 m/s

  • USD - 1.7

    EUR - 1.7536

    RUB - 1.5373

"Hizbullah"a qoşulmaq istəyən amerikalı əsgər TUTULDU

DÜNYA

04 Yanvar 2025 | 17:21

Hizbullaha qoşulmaq istəyən amerikalı əsgər TUTULDU

ABŞ-də ordunun 24 yaşlı veteranı Cek Danaher Molloy terror təşkilatı “Hizbullah”ı dəstəkləməyə cəhddə və nifrət şiddətini təbliğ etməkdə ittiham edilib.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, ölkənin Ədliyyə Nazirliyindən bildiriblər ki, ABŞ və İrlandiya vətəndaşı olan Molloy keçən ay Çikaqoda saxlanılıb və rəsmi ittihamlarla üzləşmək üçün Pensilvaniyaya göndərilib. İstintaq iddia edir ki, o, ötən ilin avqustunda “Hizbullah” sıralarına qoşulmaq məqsədi ilə Livana gedib, lakin qruplaşma onu heyətinə qatmayıb. Daha sonra Suriyada səylərini davam etdirməyə çalışıb.

İddialara görə, Molloy ABŞ-a qayıtdıqdan sonra onlayn ünsiyyət vasitəsilə “Hizbullah”la əlaqəli şəxslərlə əlaqə saxlamağa davam edib. İttihamnamədə onun sosial şəbəkələrdən yəhudilərə qarşı zorakılığı təbliğ etmək üçün istifadə etdiyi də bildirilir.

Xüsusilə, bir qohumuna “WhatsApp” mesajında o, əsas planının “Hizbullah”a qoşulmaq və yəhudiləri öldürmək olduğunu söyləyib.

Təqsirli bilinərsə, Molloy 20 ilə qədər həbs cəzası ala bilər. Ədliyyə Nazirliyi vurğulayır ki, iş araşdırılır və təqsirləndirilən şəxs məhkəmədə təqsiri sübuta yetirilməyənə qədər təqsirsiz hesab edilir.


SON XƏBƏRLƏR