Ukrayna Suriyanın sabitləşməsi üçün atılacaq bütün addımları dəstəkləyəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.
Zelenski vurğulayıb ki, Yaxın Şərqdə daha çox sabitlik bütün tərəfdaşlar üçün daha çox sülh və ticarət deməkdir: "Ukrayna Suriyanın sabitləşməsi üçün atılacaq bütün addımları dəstəkləyəcək. Suriya üçün “Ukraynadan taxıl” proqramını yaradacağıq. Ukrayna dekabrın 31-də suriyalı ailələrə pulsuz paylanmaq üçün içərisində 500 ton un olan 20-dən çox yük maşını göndərib. Biz bu dəstəyi daha da gücləndirmək üçün avropalı tərəfdaşlarımız və ABŞ ilə əlaqə saxlayacağıq".