• Bakı 18° C

    2.77 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Amerikalı astronavt kosmosda yeni rekorda imza atdı 

DÜNYA

01 Fevral 2025 | 12:34

Amerikalı astronavt kosmosda yeni rekorda imza atdı 

Amerikalı astronavt Suni Williams ümumilikdə 62 saat 6 dəqiqə ilə uzayda ən uzun müddət piyada gəzinti edən qadın astronavt oldu.

Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Beynəlxalq Kosmik Stansiyanın (ISS) açıqlamasına görə, Williams bu göstərici ilə əvvəlki rekordçu Peggy Whitsonun  60 saat 21 dəqiqəlik rekordunu geridə qoyub.  

Williams və onun həmkarı Butch Wilmore stansiyanın avadanlıqlarını yoxlamaq və analiz üçün səth materiallarından nümunələr toplamaq məqsədilə 5 saat 26 dəqiqə davam edən bir kosmik gəzinti həyata keçirib.

Bununla da Williams ümumi 62 saat 6 dəqiqəlik gəzinti müddətinə çataraq uzayda ən uzun müddət gəzinti edən qadın ünvanını qazanıb.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

25 Aprel 2025