• Bakı 10° C

    1.38 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

İranın vitse-prezidenti Zərif istefa verib

DÜNYA

03 Mart 2025 | 08:36 | Müəllif: Gülşən Şərif

İranın vitse-prezidenti Zərif istefa verib

İranın strateji məsələləri üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif, iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Hemmatinin impiçment elan edilməsindən sonra istefa verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Fars” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, vitse-prezident istefasını İran Məclisinin (birpalatalı parlament) iclasından sonra təqdim edib. Həmin iclasda Hemmati vəzifəsindən kənarlaşdırılmışdı.

Qeyd olunub ki, prezident Məsud Pezeşkian hələ Zərifin istefa ərizəsini qəbul etməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR