• Bakı 20° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

“Kuyu-7”: 33 şübhəli

DÜNYA

06 Iyul 2024 | 09:47

“Kuyu-7”: 33 şübhəli

Türkiyədə “Kuyu-7” əməliyyatları keçirilib.

Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir ki, əməliyyatlar İstanbul və İzmirdə təşkil edilib.

Məlumata görə, cinayətkar təşkilata qarşı həyata keçirilən əməliyyatlarda 33 şübhəli saxlanılıb.

Bildirilib ki, şübhəlilərin cinayət törətmək üçün təşkilat yaratmaq, qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd, qəsdən yaralama, iş yerlərinə silahlı basqın, 6136 saylı qanunu pozma, ümumini qəsdən təhlükəyə atma kimi 25 ayrı cinayət əməli törətdikləri müəyyən edilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

04 Oktyabr 2024