q
  • Bakı 13° C

    3.22 m/s

  • USD - 1.7

    EUR - 2.0018

    RUB - 2.268

Türkiyə XİN vətəndaşlara çağırış edib

DÜNYA

05 Avqust 2024 | 09:36

Türkiyə XİN vətəndaşlara çağırış edib

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşlarını Livan Respublikasına zəruri olmayan səfərlərdən çəkinmələri, həmçinin Livanda olan türklərin ölkəni tərk etmələri ilə bağlı xəbərdarlıq edib.

Bakıvaxtı.az xəbər verir ki, nazirlikdən verilən yazılı açıqlamada bölgədəki son hadisələr nəzərə alınaraq Livanda təhlükəsizlik vəziyyətinin sürətlə pisləşməsi ehtimalının olduğu vurğulanıb.

Açıqlamada deyilir:

“Livandakı vətəndaşlarımızın ehtiyatlı olmaları, zəruri olmadıqca Nəbatiyə, Cənubi Livan, Bəkaa və Baalbek-Hermel vilayətlərinə getməmələri, Livanda qalması vacib olmayanların isə kommersiya uçuşları davam etdiyi müddətdə ölkəni tərk etmələri tövsiyə olunur”.

Əli Hüseynov


SON XƏBƏRLƏR

21 Aprel 2026