ABŞ HƏMAS liderlərini mühakimə etmək qərarına gəlib.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi 7 oktyabr hücumları ilə bağlı Yəhya Sinvar və HƏMAS-ın digər liderlərinə qarşı iddia qaldırıldığını açıqlayıb.
ABŞ-ın baş prokuroru Merrik Qarlandın verdiyi açıqlamada altı HƏMAS üzvünə "ABŞ vətəndaşlarının öldürülməsi, terrorizmi maliyyələşdirmək üçün sui-qəsd və kütləvi qırğın silahlarından istifadə" ittihamları irəli sürülüb.
İddianamədə adı çəkilən HƏMAS liderləri arasında təşkilatın iyul ayında öldürülən keçmiş siyasi lideri İsmayıl Haniyənin, təşkilatın silahlı qanadının rəhbərlərindən olan Mərvan İsanın, qruplaşmaya rəhbərlik edən Xalid Meşalın, Məhəmməd Deifin və Əli Barakənin də adları var. Adı çəkilən şəxslər arasında Haniyə, İsa və Deyfin öldürüldüyü, Sinvarın isə hələ də Qəzzada gizləndiyi bildirilir.
HƏMAS liderləri günahkar bilinərsə, onları ömürlük həbs və ya ölüm hökmü gözləyir.
“Biz amerikalıları öldürən terrorçuları və onlara qeyri-qanuni maliyyə dəstəyi verənləri təqib etməyi dayandırmayacağıq”, - deyə Baş prokuror Merrik Qarland bildirib.
Nərgiz Məmmədli
















