Banqladeşdə hökumət əleyhinə etirazlarda ölənlərin sayı artıb.
Bakıvaxtı.az "Banglanews24"-ə istinadla xəbər verir ki, paytaxt Dəkkədə aksiyalar hökumət tərəfdarları və əleyhdarları kütləvi toqquşmalarla müşayiət olunub. Tərəflər bir-birinə soyuq silah və küt alətlərlə hücum ediblər. Polis narazı kütləni sakitləşdirmək üçün döyüş güllələri tətbiq edib.
Bildirilib ki, toqquşmalarda 90-dan çox şəxs həyatını itirib. Onlardan 14-ü polis əməkdaşıdır.
Əli Hüseynov
***
4 Avqust, 17:45
Banqladeşdə fövqəladə vəziyyət elan olunub.
Bakıvaxtı.az bildirir ki, bu barədə "Banglanews24" məlumat yayıb.
Etiraz aksiyaları ilə əlaqədar Banqladeş hökuməti saat 18:00-da komendant saatı elan edib və interneti kəsib.
Qeyd edək ki, indiyə qədər etiraz aksiyalarında 32 nəfər ölüb, çoxlu sayda yaralı var. Etirazlara səbəb dövlət qurumlarında vəzifələrin 30 faizinin Banqladeşin müstəqilliyi uğrunda 1971-ci ildə aparılmış müharibənin veteranlarının qohumlarına verilməsinə dair aşağı instansiya məhkəməsinin qərarı olub. Banqladeş Ali Məhkəməsi aşağı instansiya məhkəməsinin qərarını ləğv edib, bu kvota 7 faizə endirilib.