• Bakı 19° C

    3.04 m/s

  • USD - 1.7

    EUR - 1.9746

    RUB - 2.3867

Polis özünü dənizə atan şəxsi xilas etdi

HADİSƏ

06 Iyul 2024 | 11:29

Polis özünü dənizə atan şəxsi xilas etdi

Bakıda 31 yaşlı kişi özünü dənizə ataraq intihara cəhd edib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Dənizkənarı Milli Parkda qeydə alınıb.

Belə ki, Ağdam rayon sakini C.Uğurlu hələ ki bilinməyən səbəbdən intihar etmək istəyib.

Ərazidə xidmət aparan polis əməkdaşlarının vaxtında müdaxiləsi vətəndaşın həyatını xilas edib. Polislər C.Uğurlunun ardınca suya atılıb, onu çıxarıblar.

Vətəndaş xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.


SON XƏBƏRLƏR

23 May 2026