• Bakı 29° C

    7.28 m/s

  • USD - 1.7

    EUR - 1.8408

    RUB - 0.0193

Viktor Orban Azərbaycana səfərə gəldi - FOTO

SİYASƏT

05 Iyul 2024 | 22:36

Viktor Orban Azərbaycana səfərə gəldi - FOTO

Macarıstanın Baş naziri Viktor Orban Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək məqsədilə iyulun 5-də Azərbaycana səfərə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, TDT-yə üzv ölkələrin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Macarıstanın Baş naziri Viktor Orbanı Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.


    SON XƏBƏRLƏR

    08 Iyul 2024