• Bakı 20° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Çin hərbiçiləri Belarusda

DÜNYA

06 Iyul 2024 | 12:00

Çin hərbiçiləri Belarusda

Çin Xalq Azadlıq Ordusunun hərbi qulluqçuları Belarus-Çin birgə antiterror təlimlərində iştirak etmək üçün Belarusa gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti “Telegram” kanalında məlumat yayıb.

Hərbi idarə qeyd edib ki, birgə təlimlər onlara təcrübə mübadiləsi aparmağa, Belarus və Çin bölmələrini uyğunlaşdırmağa, qoşunların birgə hazırlığı sahəsində iki ölkə arasında əlaqələrin gələcək inkişafı üçün zəmin yaratmağa imkan verəcək.

Təlimlərin iyulun 8-dən iyulun 19-dək keçiriləcəyi bildirilib.

Mikayılova Mina


SON XƏBƏRLƏR

04 Oktyabr 2024