• Bakı 12° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Papa Fransisk: "Qanlı münaqişələr daha da yayılmamalıdır"

DÜNYA

05 Avqust 2024 | 10:32 | Müəllif: Gülşən Şərif

Papa Fransisk: "Qanlı münaqişələr daha da yayılmamalıdır"

"Qəzzada və qarşıdurmaların baş verdiyi bütün bölgələrdə dövlətləri atəşkəsə çağırıram".

Bakıvaxtı.az "Vatican News"a istinadən xəbər verir ki, bunu Yaxın Şərqdəki gərginliyi dəyərləndirən Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk deyib.

Vatikanın Müqəddəs Pyotr meydanında hər bazar günü qılınan Angelus namazından sonra çıxış edən Papa, bölgədəki qanlı və şiddətli qarşıdurmaların daha da genişlənməyəcəyinə ümid etdiyini bildirib.

"Hədəfli hücumlar heç vaxt həll yolu ola bilməyəcək. Əksinə daha çox nifrət və intiqam doğuracaq", - deyə Papa qeyd edib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026