• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Trampdan "İlon Mask" açıqlaması: "Dəstəkləməkdən başqa çarəm yoxdur"

DÜNYA

05 Avqust 2024 | 10:16 | Müəllif: Gülşən Şərif

Trampdan "İlon Mask" açıqlaması: "Dəstəkləməkdən başqa çarəm yoxdur"

"Elektrikli avtomobilləri dəstəkləməkdən başqa çarəm yoxdur".

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bunu Corciya ştatının Atlanta şəhərində seçki kampaniyası üçün keçirdiyi mitinqdə çıxış edən ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib.

O, bildirib ki, noyabrın 5-də keçirilən seçkilərdə "Tesla", "SpaceX" və "X" kimi şirkətlərin sahibi İlon Maskın dəstəyini alır və buna görə də Maskın yanında olmağa məcburdur:

"Mən elektrikli avtomobillərin tərəfdarıyam. Tərəfdarı olmalıyam. Çünki bilirsiniz ki, İlon məni çox güclü dəstəklədi. Ona görə də seçimim yoxdur". 

Onu da qeyd edək ki, Tramp ABŞ prezidenti Co Baydenin elektrikli avtomobillərə verdiyi dəstəyi cəhənnəmə keçid kimi qiymətləndirirdi.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026