• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Aİ daha 28 belarusluya sanksiya tətbiq etdi

DÜNYA

05 Avqust 2024 | 11:47

Aİ daha 28 belarusluya sanksiya tətbiq etdi

Avropa İttifaqı Şurası Belarusun 28 dövlət məmuruna qarşı sanksiya tətbiq edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Aİ Şurasının Mətbuat xidməti məlumat yayıb. 

“Şura bu gün 28 şəxsə qarşı əlavə məhdudlaşdırıcı tədbirlərin görülməsi barədə qərar qəbul edib”, - bəyanatda deyilir.

Bildirilir ki, Aİ həmin şəxsləri daxili repressiyaları və insan hüquqlarının pozulmasını dəstəkləməkdə ittiham edib.

Sanksiyalar dövlət xəbər agentliyi “BelTA”nın baş direktoru İrina Akuloviç, STV telekanalında “Senat” proqramının aparıcısı və Belarus Milli Assambleyası yanında Gənclər Şurasının sədri Nikita Raçilovski də daxil olmaqla bəzi jurnalistlərə, həmçinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin iki rəis müavininə, bir sıra hakimlərə, prokurorlara, cəzaçəkmə müəssisələrinin rəislərinə şamil edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026