• Bakı 24° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

ABŞ: "Atəşkəs danışıqları yekunlaşmalıdır"

DÜNYA

04 Sentyabr 2024 | 11:04 | Müəllif: Gülşən Şərif

ABŞ: "Atəşkəs danışıqları yekunlaşmalıdır"

ABŞ Dövlət Departamenti İsrail və HƏMAS arasında atəşkəs danışıqlarını yekunlaşdırmağın vaxtının çatdığını açıqlayıb.

Bakıvaxtı.az "Sozcu"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller açıqlama verib.

Vaşinqtonda keçirilən gündəlik mətbuat konfransında çıxış edən Miller bildirib ki, Qəzzada hələ də onlarla girov var və onlar  vətənə gətiriləcəkləri razılaşmanı gözləyirlər.

"İsrail xalqı, Fələstin xalqı və dünya daha çox gözləyə bilməz. ABŞ yaxın günlərdə yekun razılığa gəlmək üçün Misir və Qətər də daxil olmaqla, regiondakı tərəfdaşları ilə danışıqları davam etdirəcək. Keçən həftəki danışıqlarda biz qalan maneələrin öhdəsindən gəlməkdə irəliləyiş əldə etdik. Lakin son nəticədə razılaşmanın yekunlaşdırılması hər iki tərəfdən çeviklik tələb edəcək", deyə Miller qeyd edib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026