• Bakı 20° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Fəzail Ağamalı: Həkim rəyindən sonra seçkilərdə iştirakla bağlı qərar verəcəm

SİYASƏT

06 Iyul 2024 | 11:09

Fəzail Ağamalı: Həkim rəyindən sonra seçkilərdə iştirakla bağlı qərar verəcəm

"Ana Vətən Partiyasının növbədənkənar parlament seçkilərində iştirakla bağlı qərarı gələn həftə olacaq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu APA-ya açıqlamasında VI çağırış Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib.

Partiya sədri bildirib ki, artıq ilkin müzakirələr aparılıb, namizədlər demək olar bəllidir: “Partiyanın Seçki Qərargahını yaratmışıq və səlahiyyətli nümayəndələrimizi Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etmişik. Namizədlərin irəli sürülməsi məsələsini isə partiyanın gələn həftə keçiriləcək iclasında müzakirə edəcəyik”.

Fəzail Ağamalı seçkidə iştirak edib-etməyəcəyi məsələsinə də aydınlıq gətirib: “Belə niyyətim var, ancaq səhhətimdə ciddi problem yaranıb. 3 il qabaq ürəyimdən əməliyyat olunmuşdum. İndi yenə ürəyimdə problem yaranıb. Danışanda da təngənəfəs oluram. Ona görə bu günlərdə Türkiyəyə həkimə gedib yekun qərarımı verəcəyəm. Həkimin rəyindən sonra iştirak edib-etməyəcəyimlə bağlı qərarımı qəbul edəcəm”.


SON XƏBƏRLƏR

04 Oktyabr 2024