• Bakı 29° C

    6.03 m/s

  • USD - 1.7

    EUR - 1.8408

    RUB - 0.0193

Həmas rəsmi: "İstənilən təşəbbüsə açığıq"

DÜNYA

05 Iyul 2024 | 18:34

Həmas rəsmi: İstənilən təşəbbüsə açığıq

"Həmas və Fələstin müqavimət qrupları sionist işğalçı ordunun Qəzza zolağından tamamilə çıxarılması ilə bağlı istənilən təşəbbüsə açıqdır". 

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bunu HƏMAS-ın xaricdəki Milli Əlaqələr Departamentinin rəhbəri Əli Bereke deyib.

Onun sözlərinə görə, Netanyahu daimi atəşkəsi rədd edir və hər zaman Fələstin xalqına qarşı təcavüzünü davam etdirmək istəyir:

"Netanyahu həmişə aldadır, yalan danışır və müharibəni uzatmaq istəyir. Həmas və Fələstin müqavimət qrupları Fələstin xalqının tələblərini, xüsusilə daimi atəşkəs, sionist işğalçı ordunun Qəzza zolağından tamamilə çıxarılması, köçkünlərin öz evlərinə qayıtması tələblərini reallaşdıracaq istənilən təşəbbüsə açıqdır". 

Bereke qeyd edib ki, Həmas hərəkatının vəzifəsi işğala qarşı müqavimət göstərmək, torpaqları azad etmək, ziyarətgahları bərpa etmək və Fələstin xalqını müdafiə etmək üçün çalışmaqdır. 

"Əgər yeni təşəbbüs Fələstin xalqına qarşı təcavüzə son qoyarsa və işğalın geri çəkilməsini təmin edərsə, bunu müsbət qarşılayacağıq" - deyə Həmas rəsmi nümayəndəsi vurğulayıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR