• Bakı 10° C

    5.61 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Qazaxıstan Prezidenti Azərbaycana gəldi -FOTOLAR

SİYASƏT

06 Iyul 2024 | 08:37 | Müəllif: Qalib İbrahimoğlu

Qazaxıstan Prezidenti Azərbaycana gəldi -FOTOLAR

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə toplantısında iştirak etmək məqsədilə iyulun 6-da Azərbaycana səfərə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, TDT-yə üzv ölkələrin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.


Qazaxıstan Prezidenti Azərbaycana gəldi -FOTOLARQazaxıstan Prezidenti Azərbaycana gəldi -FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026