• Bakı 20° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Azərbaycanda bu çimərliklər CƏRİMƏLƏNDİ

CƏMİYYƏT

06 Iyul 2024 | 11:26

Azərbaycanda bu çimərliklər CƏRİMƏLƏNDİ

Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşlarının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ilə birgə dənizkənarı ərazilərdə sanitariya-gigiyena qaydalarının pozulması hallarına qarşı tədbirlər davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, Lənkəran rayonunda keçirilən tədbirlər zamanı “Beluqa”, “Palm Beach”, “Aysberq”, “Yeddi bulaq” dənizkənarı istirahət mərkəzlərində sanitar-texniki normaların pozulması, çirkab suların kənara axması və ya sızması, zibil tullantılarının urnalardan kənara atılması və digər neqativ hallar aşkarlanıb.

Həmçinin rayonun Aşağı Nüvədi kəndi ərazisində yerləşən “Səfalı” istirahət mərkəzində məişət tullantılarının urnalardan kənara atılması halları müəyyən edilib. Aşkarlanan hallarla bağlı sözügedən obyektlərin məsul əməkdaşları barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.


SON XƏBƏRLƏR

04 Oktyabr 2024