• Bakı 32° C

    2.8 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

İsti yanaqlar bu xəstəliklərin əlaməti ola bilər

DÜNYA

03 Iyul 2024 | 16:33

İsti yanaqlar bu xəstəliklərin əlaməti ola bilər

Alimlər isti yanaqların təhlükəli xəstəliyin əlaməti ola biləcəyini müəyyən ediblər.

Bakıvaxtı.az xəbər verir ki, araşdırmanın nəticələri “Cell Metabolism” jurnalında dərc olunub.

Məlumata görə, üz temperaturu insanın yaşını, yüksək qan təzyiqi və diabet kimi xəstəliklərini müəyyən edə bilir.

Həkimlər 21 yaşdan 88 yaşa qədər 2800 çinli xəstənin üz temperaturunu tədqiq ediblər.

Yaşlı iştirakçılar gənc iştirakçılara nisbətən daha soyuq burun və daha isti göz bölgəsinə malik olublar.

Bildirilib ki, şəkərli diabet və qaraciyər yağlanması da daxil olmaqla metabolik pozğunluqları olan insanların göz bölgələri yaşıdlarına nisbətən daha isti idi.

Belə ki, elm adamları 23 xəstədən hər gün 800 ip atlamağı xahiş ediblər.

Nəticədə iki həftədən sonra onların "termal yaşı" beş il azalıb.

Qeyd olunub ki, müəlliflər üz temperaturunun ürək xəstəlikləri və yuxu pozğunluğu ilə əlaqəli olub-olmadığını araşdırmağı planlaşdırırlar.

Həmçinin nəzərə çatdırılıb ki, alimlərin kəşf etdiyi temperatur fərqlərini toxunmaqla hiss etmək çətindir, ona görə də onlar süni intellekt və istilik xəritələrindən istifadə ediblər.

Mina Mikayılova


SON XƏBƏRLƏR

05 Iyul 2024