• Bakı 32° C

    2.8 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Putin Rusiya-Azərbaycan əlaqələrinin inkişafını yüksək qiymətləndirdi

SİYASƏT

03 Iyul 2024 | 16:45

Putin Rusiya-Azərbaycan əlaqələrinin inkişafını yüksək qiymətləndirdi

"Rusiya ilə Azərbaycan arasında ticarət və iqtisadi əməkdaşlıq müsbət inkişaf edir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə görüşündə deyib.

Putin Moskva və Bakının birgə infrastruktur layihələrinə də toxunaraq, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin prioritet olduğunu qeyd edib.

O xatırladıb ki, ölkələr 2022-ci ilin sonunda imzalanmış saziş əsasında birgə işləyirlər.

Rusiya Prezidenti əlavə edib ki, bu, bütün sahələrdə əlaqələrin inkişafı üçün yaxşı əsasdır.

Putin əməkdaşlığın humanitar komponentinə də diqqət çəkərək, bu yaxınlarda Azərbaycanda Rusiya Mədəniyyəti Günlərinin başa çatdığını vurğulayıb:

"Rus dilinin dəstəklənməsinə xüsusi diqqətinizi həmişə qeyd edirəm. Azərbaycanda 300-dən çox məktəb rus dili ilə işləyir, gənclərə və uşaqlara bu dili öyrədir. Bu, gələcək üçün əlaqələrimizin saxlanılması və inkişafı üçün yaxşı zəmin və perspektivlər yaradır", - deyə Rusiya lideri fikirlərini yekunlaşdırıb.

Günel Abbas


SON XƏBƏRLƏR

05 Iyul 2024