• Bakı 32° C

    2.8 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Depay türklərə meydan oxudu: “Şənbə günü görüşərik”

İDMAN

03 Iyul 2024 | 21:30

Depay türklərə meydan oxudu: “Şənbə günü görüşərik”

Niderland milli komandasının əsas simalarından olan Memfis Depay Türkiyənin Avstriya üzərində qələbəsinə münasibət bildirib.

Bakıvaxtı.az bildirir ki, 30 yaşlı hücumçu bununla bağlı sosial şəbəkə hesabında Rumıniya ilə oyundan şəkil paylaşıb. Ulduz futbolçu postunda Türkiyəyə eyham vuraraq, "şənbə günü görüşərik" sözlərini yazıb.

Xatırladaq ki, dünən Avropa Çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilən Rumıniya-Niderland oyununu niderlandlılar, Avstriya-Türkiyə oyununu isə türklər qalib kimi başa vuraraq növbəti mərhələdə rəqib olublar./apasport


SON XƏBƏRLƏR

05 Iyul 2024