• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Cüdoçularımız Paris Olimpiadasını iki qızıl medalla başa VURDULAR

İDMAN

02 Avqust 2024 | 19:17 | Müəllif: Subhan Mahmudov

Cüdoçularımız Paris Olimpiadasını iki qızıl medalla başa VURDULAR

Azərbaycan cüdoçusu Uşanqi Kokauri "Paris-2024" Yay Olimpiya Oyunlarında təsəlliverici görüşə çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, 100 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı kubalı Endi Qranda ilə qarşılaşıb.

Rəqibinə üç şido (cərimə) ilə uduzan U.Kokauri mübarizəni dayandırıb.

Bununla da Azərbaycan cüdoçuları Paris Olimpiadasını iki qızıl medalla başa vurublar. Belə ki, Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar.

Qeyd edək ki hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçulardan başqa, boksçu Alfonso Dominqes (92 kiloqram) yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc mükafatı təmin edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026