• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

"Sabah" və "Zirə"nin matçlarını bu hakimlər idarə edəcək 

İDMAN

02 Avqust 2024 | 17:32

"Sabah" və "Zirə"nin matçlarını bu hakimlər idarə edəcək

"Zirə" və "Sabah"ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki oyunklarını idarə edəcək hakimlər müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, "Zirə"nin Xorvatiyada yerli "Osiyek" klubuna qarşı ilk matçında yunanıstanlı Aristotelis Diamantopoulos iş başında olacaq.

Tərəflər arasındakı "Dalğa Arena"dakı cavab görüşünü isə avstriyalı Xulian Veinberger idarə edəcək.

İrlandiyada "Sent-Patriks Atletik” və "Sabah" arasındakı ilk qarşılaşma islandiyalı Vilhjalmur Thorarinssona tapşırılıb. Bakıdakı cavab oyununda isə rumıniyalı Marsel Birsan ədaləti qoruyacaq.

Qeyd edək ki, bu raundun ilk matçları 8 avqustda, cavab oyunları avqustun 15-də gerçəkləşəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026