• Bakı 22° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Ançelotti: "Real" karyeramdakı sonuncu klubdur"

İDMAN

02 Avqust 2024 | 20:37 | Müəllif: Subhan Mahmudov

Ançelotti: "Real" karyeramdakı sonuncu klubdur"

"Real"ın baş məşqçisi Karlo Ançelotti gələcək karyerası ilə bağlı fikirlərini bölüşüb.

Bakıvaxtı.az xəbər verir ki, Madrid təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayınadək olan mütəxəssis karyerasını "Real"da başa vurmaq istədiyini deyib:

"Düşünürəm ki, "Real" mənim karyeramdakı son klubum olacaq.

Milli komanda fikrini heç sevmirəm. Çünki bu, ən çox həzz aldığım şeyi - gündəlik işimi itirməyimə səbəb olar. Mən etdiyim işi həqiqətən sevirəm. Bu, mənim məşqçi kimi 29-cu mövsümdür. Doğrudur, çox qazandım, amma təsəvvür edin ki, nə qədər titul itirmişəm".

Qeyd edək ki, 65 yaşlı mütəxəssis 2013-2015-ci illərdə "Real"a rəhbərlik edib. 2021-ci ildə Ançelotti Madrid klubuna qayıdıb./qol.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR