• Bakı 32° C

    2.8 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

COP29-a Azərbaycanın ev sahibliyi etməsi təsadüfi deyil

COP29

03 Iyul 2024 | 16:38

COP29-a Azərbaycanın ev sahibliyi etməsi təsadüfi deyil

Azərbaycanın Belçikadakı səfirliyi külək enerjisi və onun texnologiyaları üzrə ixtisaslaşmış aparıcı şirkətləri özündə birləşdirən “WindEurope” assosiasiyası ilə birlikdə Brüsseldə “COP29: Yaşıl dünya naminə həmrəylik” adlı konfrans təşkil edib.

Bakıvaxtı.az xəbər verir ki, konfransda COP29-un fəaliyyət gündəliyi və danışıqlar strategiyası, iqlim diplomatiyası, enerji keçid prosesinin maliyyələşdirilməsi, inkişaf etməkdə olan ölkələrə dəstək, bərpaolunan enerjinin, habelə enerji səmərəliliyin artırılması üzrə hədəflər, inkişaf etməkdə olan ölkələrdə bərpaolunan enerji sənayesinin üzləşdiyi əsas problemlər və ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi üçün potensialın yaradılması kimi vacib suallara aydınlıq gətirilib.

Siyasi şərhçi Mübariz Göyüşlü Bakıvaxtı.az-a bildirib ki, COP29-la bağlı bu və digər tədbirlərin təşkil edilməsi xarici və ölkə auditoriyası üçün maraq və əhəmiyyət kəsb edən hadisədir. Onun sözlərinə görə, yaşıl iqlim dəyişikliyi, enerji keçid prosesləri ilə bağlı maraqlanan beynəlxalq səviyyəli mütəxəssislər üçün bu tədbir xüsusi əhəmiyyətə malikdir.

Mübariz Göyüşlü, siyasi şərhçi

M.Göyüşlü onu da bildirib ki, COP29-a Azərbaycanın ev sahibliyi etməsi təsadüfi deyil, bu mötəbər tədbirə hazırlıq prosesi ciddi şəkildə davam edir:

“Bu tədbir zamanı iqlim dəyişikliyi məsələsi ilə bağlı xüsusi nüanslara aydınlıq gətirilməsi dünya ekosistemində mühüm dəyişikliklərə yol açacaq”.

Əli Hüseynov


SON XƏBƏRLƏR

05 Iyul 2024