• Bakı 22° C

    8.23 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

 Ölkəmiz BƏƏ ilə "yaşıl enerji” üzrə investisiya layihələrini müzakirə edib

COP29

01 Avqust 2024 | 13:29

 Ölkəmiz BƏƏ ilə yaşıl enerji” üzrə investisiya layihələrini müzakirə edib

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Şuşada Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marri ilə "yaşıl enerji” və turizm üzrə potensial investisiya layihələrini müzakirə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Ölkələrimizin iqtisadi əməkdaşlığının uğurla davam etdiyini məmnunluqla vurğuladıq. “Yaşıl enerji” və turizm üzrə potensial investisiya layihələri, Azərbaycan-BƏƏ arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişinin imzalanması istiqamətində həyata keçirilən danışıqlar barədə müzakirələr apardıq”, - o qeyd edib.


SON XƏBƏRLƏR

31 May 2025