• Bakı 30° C

    2.45 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

"Onlar rus dilində Sizinlə mənim danışdığımız kimi danışacaqlar" - İlham Əliyev

SİYASƏT

04 Iyul 2024 | 00:30

Onlar rus dilində Sizinlə mənim danışdığımız kimi danışacaqlar - İlham Əliyev

"Humanitar əməkdaşlıq həmişə qarşılıqlı fəaliyyətimizin demək olar ki, əsasını təşkil edib. Sizə minnətdaram ki, Azərbaycanda rus dilinə, rus mədəniyyətinə, ədəbiyyatına olan münasibəti həmişə qeyd edirsiniz və yüksək qiymətləndirirsiniz". 

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Preziddenti İlham Əliyev  Rusiya Prezidenti Vladimir Putinlə Astanada görüşündə deyib.

"Azərbaycanda böyük uğurla keçirilən Rusiya Mədəniyyəti Günləri də bunu bir daha təsdiqləyir. Bizdə bir milyona yaxın şagird rus dilində təhsil alır, 150 min nəfər rus məktəblərində oxuyur, 800 min nəfər isə rus dilini ikinci dil kimi öyrənir. Yəni, bu, onu deməyə əsas verir ki, vətəndaşlarımızın gələcək nəsilləri də aktiv qarşılıqlı fəaliyyətdə olacaqlar və rus dilində Sizinlə mənim danışdığımız kimi danışacaqlar", - deyə dövlət başçısı qeyd edib. 


SON XƏBƏRLƏR