• Bakı 32° C

    2.8 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Yasamalda AĞIR QƏZA: Sürücü maşında sıxılı vəziyyətdə qaldı - VİDEO

HADİSƏ

03 Iyul 2024 | 18:39

Yasamalda AĞIR QƏZA: Sürücü maşında sıxılı vəziyyətdə qaldı - VİDEO

Paytaxtın Yasamal rayonu ərazisində Kənar Dairəvi yolda yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, Nazirliyə qəza zamanı vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “CHERY” markalı minik avtomobilinin idarəetməni itirməsi nəticəsində yol-qəza hadisəsi baş verib və sürücü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücünü xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 


SON XƏBƏRLƏR

05 Iyul 2024