• Bakı 17° C

    3.15 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Azərbaycanda DƏHŞƏTLİ QƏZA - ölü və yaralılar var - VİDEO - YENİLƏNİB

HADİSƏ

02 Avqust 2024 | 12:54

Azərbaycanda DƏHŞƏTLİ QƏZA - ölü və yaralılar var - VİDEO - YENİLƏNİB

DİN Bakı-Sumqayıt yolunda baş verən qəza ilə bağlı məlumat yayıb.

Bakıvaxtı.az xəbər verir ki, məlumata əsasən, Bakı-Sumqayıt yolunda iki avtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Baş DYP İdarəsindən bildirilib ki, avqustun 2-si saat 11 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 29-cu kilometrliyində Hüseynov Nazim Kazım oğlunun Bakı-Sumqayıt ekspres marşurut xətti üzrə idarə etdiyi “NEOPLAN” markalı, 99-JH-667 dövlət qeydiyyat nişanlı avtobus qarşıda gedən Yunusov Adil Şəmil oğlunun idarə etdiyi, 42 nömrəli marşurut xətti üzrə hərəkətdə olan “İSUZU” markalı, 50-DO-539 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub.

    Toqquşmadan sonra “İSUZU” markalı avtobus yoldan çıxaraq aşıb və nəticədə 1 nəfər sərnişin hadisə yerində həyatını itirib. Əraziyə yol polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

    ***

    12:26

    Bakı-Quba yolunun Ceyranbatan ərazisindən keçən hissəsində baş verən qəzada 1 nəfər ölüb, 18 nəfər yaralanıb.

    Bakıvaxtı.az xəbər verir ki, hadisə Bakı-Quba yolunun 29-cu kilometrliyində qeydə alınıb.

      Hadisə zamanı iki sərnişin avtobusu toqquşub.

      ***

      12:04

      Bakı-Sumqayıt yolunda iki avtobus toqquşub, xeyli yaralı var.

      Bakıvaxtı.az xəbər verir ki, qəza Bakı-Quba yolunun 29-cu kilometrliyində qeydə alınıb.

      Məlumata görə, 42 nömrəli marşrut avtobusu Bakı-Sumqayıt istiqamətində hərəkət edən avtobusla toqquşub, 10 dan çox yaralının olduğu bildirilir.

       


      Azərbaycanda DƏHŞƏTLİ QƏZA - ölü və yaralılar var - VİDEO - YENİLƏNİBAzərbaycanda DƏHŞƏTLİ QƏZA - ölü və yaralılar var - VİDEO - YENİLƏNİB
      Batıgöz reklamMedia İnkişaf

      SON XƏBƏRLƏR

      06 Oktyabr 2026