• Bakı 32° C

    2.8 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Ukraynada baş nazir bu şəxs ola bilər

DÜNYA

03 Iyul 2024 | 16:01

Ukraynada baş nazir bu şəxs ola bilər

Ukraynada baş nazir postuna mümkün namizədin adı açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə dövlətə xəyanətdə şübhəli bilinərək həbsdə olan Ali Radanın deputatı Aleksandr Dubinski öz “Telegram” kanalında bildirib.

Məlumata görə, Ukraynanın baş naziri postuna namizəd ölkə baş nazirinin birinci müavini, iqtisadiyyat naziri Yuliya Sviridenko ola bilər.

Onun fikrincə, Ukrayna prezidenti Vladimir Zelenski İqtisadiyyat naziri ilə birlikdə NATO sammitinə gedəcək.

Dubinski qeyd edib ki, ölkə rəhbəri Sviridenkonu gələcək baş nazir kimi təqdim etmək istəyir.

Bundan başqa, prezident aparatının rəhbərinin müavini Aleksey Kuleba və “Naftoqaz”ın rəhbəri Aleksey Çernışov yeni nazirlər təyin oluna bilərlər.

Mina Mikayılova


SON XƏBƏRLƏR

05 Iyul 2024