• Bakı 32° C

    2.8 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Məhkəmədən Ələsgər Məmmədli ilə bağlı QƏRAR

HADİSƏ

03 Iyul 2024 | 17:27

Məhkəmədən Ələsgər Məmmədli ilə bağlı QƏRAR

“Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli barəsində seçilmiş qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəməyə müraciət edilib.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, prokuror cinayət işi üzrə istintaq hərəkətlərinin davam etməsi ilə bağlı seçilmiş eyni qətimkan tədbirinin uzadılmasını istəyib.

Media ekspertinin vəkili Aqil Layıc təqdimata etiraz edib, müvəkkilinin sərbəst buraxılmasını xahiş edib.

Xətai Rayon Məhkəməsi prokurorun təqdimatı əsaslı hesab edib.

Qərara əsasən, Ə.Məmmədlinin həbsdə saxlama müddəti 3 ay uzadılıb.

Birazdan III Respublika Platformasının üzvü Ruslan İzzətlinin də həbs müddətinin  uzadılması ilə bağlı təqdimata baxılacaq.

Qeyd edək ki, Ə.Məmmədli və R.İzzətli qaçaqmalçılıqda ittiham olunurlar.


SON XƏBƏRLƏR

05 Iyul 2024