• Bakı 32° C

    2.8 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Azərbaycan və Rusiya iqtisadiyyatları arasında fəal əməkdaşlıq var - İlham Əliyev

İQTİSADİYYAT

03 Iyul 2024 | 16:12

Azərbaycan və Rusiya iqtisadiyyatları arasında fəal əməkdaşlıq var - İlham Əliyev

Azərbaycan və Rusiya iqtisadiyyatları arasında fəal əməkdaşlıq və milli valyutalarda qarşılıqlı hesablaşmalar artıb.

Bakıvaxtı.az “TASS”a istinadla xəbər verir ki. bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib ki, həm ötən il, həm də bu il ticarət dövriyyəsinin artımı ölkələrimizin iqtisadiyyatlarının fəal əməkdaşlıq etdiyini göstərir və milli valyutalarda qarşılıqlı hesablaşmaların da yüksəlməsi sevindirici haldır.

Azərbaycan Prezidenti vurğulayıb ki, Azərbaycandan Rusiyaya ixracda milli valyutalarda qarşılıqlı hesablaşmaların payı artıq 70%-i ötüb, Rusiyanın Azərbaycana ixracında isə 50%-ə yaxındır.

Günel Abbas


SON XƏBƏRLƏR

05 Iyul 2024