• Bakı 20° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Sosial mediada təqdim edilən saxta məhsullardan… - Həkim xəbərdarlıq etdi

DÜNYA

06 Iyul 2024 | 12:40

Sosial mediada təqdim edilən saxta məhsullardan… - Həkim xəbərdarlıq etdi

“Həkiminizlə məsləhətləşmədən sosial mediada tövsiyə olunan dəriyə qulluq vasitələrindən istifadə etməyin”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Mardin Təhsil və Araşdırma Xəstəxanasının dəri və zöhrəvi xəstəliklər həkimi Rəna Başaran Şahin açıqlama verib.

O qeyd edib ki, bazarda bir çox fərqli markanın məhsulları var:

“Dərinizə uyğun məhsullar fərdi və etibarlı brendlərdən seçilməlidir. Buna görə də ən yaxşı seçim dermatoloqun dəri tipinizə uyğun olaraq tövsiyə etdiyi məhsullar olacaq. Bu səbəbdən sosial mediada təqdim edilən məhsullardan birbaşa istifadə etməməliyik”, - deyə mütəxəssis əlavə edib.

Həkim dəri probleminə uyğun müalicəni dəstəkləyən rejim yaratmağı və dəri həkimi ilə məsləhətləşməyi tövsiyə edib:

“Günəşə qarşı həssaslığı, allergiyası olanlar, lupus, sızanaq və rozasea kimi dəri xəstəlikləri olan insanlar günəş altında çox diqqətli olmalıdırlar. Məsələn, dərisində sızanaq, rozasea xəstəliyi olan biri günəşə çox məruz qalarsa, bu müddətdə qoruyucu kremlərdən istifadə etməzsə dərisindəki xəstəlik arta bilər”, - deyə R.Şahin vurğulayıb.

Günel Abbas


SON XƏBƏRLƏR

04 Oktyabr 2024