• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Macarıstanın Şengen zonasından çıxarılması tələb edilib

DÜNYA

05 Avqust 2024 | 12:31

Macarıstanın Şengen zonasından çıxarılması tələb edilib

Avropa Parlamentinin bir qrup deputatı Macarıstanın Şengen zonasından çıxarılmasını tələb edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

    Bildirilib ki, ümumilikdə 70 Avroparlamentarinin müraciətində bu addım rəsmi Budapeştin Rusiya və Belarus da daxil olmaqla, səkkiz ölkənin vətəndaşlarına qarşı viza tələblərinin sadələşdirilməsi barədə qərarı ilə əlaqələndirilib.

    Müraciətə imza atanlar arasında Belçika və İrlandiyanın keçmiş baş nazirləri də var.

    Qeyd edək ki, Şengen zonası bir-biri ilə sərhəd nəzarətinin ləğvi haqqında müqavilə imzalayan 29 dövlətdən ibarətdir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    20 Noyabr 2026