"İngiltərənin İsrailə bəzi silah satışını dayandırmaq qərarı utancvericidir".
Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bunu İngiltərənin bəzi silahların satışını dayandırmaq qərarını şərh edən İsrailin baş naziri Benyamin Netanyahu deyib.
O, bildirib ki, bütün hallarda İsrail HƏMAS-ı məğlub etmək əzmini dəyişdirməyəcək.
"İngiltərənin səhv qərarı HƏMAS-ı təşviq etməkdən başqa heç bir iş görməyəcək", - deyə Netanyahu vurğulayıb.
Netanyahu həmçinin İsrailin Qəzzaya hücumlarında beynəlxalq hüquqa tam əməl etdiyini iddia edib.
Gülşən Şərif









jpg-1728022760.webp)





