• Bakı 26° C

    5.74 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

DƏHŞƏTLİ GƏMİ QƏZASI - 78 ölü

DÜNYA

04 Oktyabr 2024 | 09:24

DƏHŞƏTLİ GƏMİ QƏZASI - 78 ölü

Konqo Demokratik Respublikasının (KDR) şərqində Kivu gölündə bir gəmi aşıb, 78 nəfər həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Şimali Kivu əyalətinin qubernatoruna istinadən bildirib.

Onun sözlərinə görə, gəmidə 278 nəfər olub, 78 nəfər həlak olub, digərlərinin axtarışı davam edir.

Öz növbəsində Okapi radiostansiyası xəbər verir ki, gəmidə ən azı 300 nəfər olub və yalnız bir neçə nəfər sağ qalıb.

Bildirilir ki, gəmi Qoma şəhərinin limanına yaxınlaşarkən aşıb. Gəmidə ərzaq məhsulları daşıyan tacirlər olub. Genişmiqyaslı xilasetmə işləri aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026
04 Sentyabr 2026