İranın Şimalı Semnan əyalətində yerləşən Germsar şəhəri yaxınlığında 4,8 maqnitudalı zəlzələ baş verib.
Bakıvaxtı.az bildirir ki, zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib və şəhərdə hiss edilib.
Zəlzələ Tehranda və onun ətrafındakı Kerec şəhərində də hiss edilib.
Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.
















