• Bakı 22° C

    6.08 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Bəşər Əsəd İsraildən kömək istədi 

DÜNYA

03 Dekabr 2024 | 00:30

Bəşər Əsəd İsraildən kömək istədi 

Suriya Prezidenti Bəşər Əsəd “Heyət Təhrir əş-Şam” qruplaşmasına qarşı mübarizə üçün İsraildən yardım istəyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanın “Elaf” nəşri məlumat yayıb.

Bildirilib ki, Bəşər Əsəd Avropadakı “ən güclü yardımçılarından birinin” vasitəsilə İsrailə bu mesajı göndərib.

İsrailin hansı cavabı verdiyi bəlli deyil.

Qeyd edək ki, bir neçə gün öncə “Heyət Təhrir əş-Şam” Suriyada hücuma keçib və Hələb və İdlib şəhərlərini, o cümlədən onlarla kənd, qəsəbə və bir neçə hərbi bazanı ələ keçirib.


SON XƏBƏRLƏR