• Bakı 20° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Taliban nümayəndə heyəti Moskvaya GETDİ

DÜNYA

04 Oktyabr 2024 | 11:25

Taliban nümayəndə heyəti Moskvaya GETDİ

Əfqanıstanın xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Müttəqinin rəhbərlik etdiyi "Taliban" nümayəndə heyəti Əfqanıstan məsələləri üzrə “Moskva formatı” məsləhətləşmələri üçün Moskvaya səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Məsləhətləşmələr zamanı iştirakçılar region dövlətləri ilə Kabil arasında siyasi, iqtisadi, terrorla və narkotiklərlə mübarizə sahələrində qarşılıqlı əlaqələrin genişləndirilməsi ilə bağlı məsələləri müzakirə edəcəklər.

Qeyd edək ki, format 2017-ci ilin aprelində yaradılıb, orada 10 ölkə - Rusiya, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan, Türkmənistan, Özbəkistan iştirak edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR