• Bakı 12° C

    7.61 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

İranda zəlzələ oldu - Xəsarət alanlar var

DÜNYA

03 Noyabr 2024 | 10:28 | Müəllif: Subhan Mahmudov

İranda zəlzələ oldu - Xəsarət alanlar var

İranın şimalında yerləşən Germsar şəhəri yaxınlığında 4,6 maqnitudalı zəlzələ nəticəsində azı 9 nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb. 

Bütün yaralıların yüngül bədən xəsarətləri aldığı bildirilib. Həmçinin zəlzələdən sonra şəhərdə bəzi abonentlərin işıq və internet bağlantısının kəsildiyi qeyd olunub.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına əsasən, təxminən 49,4 min insanın yaşadığı Germsar şəhərindən 5 km şimal-şərqdə baş verən zəlzələ yerin 35 km dərinliyində qeydə alınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR