• Bakı 32° C

    2.8 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Almaniya səfiri Merihə görə XİN-ə çağırıldı

DÜNYA

03 Iyul 2024 | 18:54

Almaniya səfiri Merihə görə XİN-ə çağırıldı

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Almaniya səfirini UEFA-nın türkiyəli futbolçu Merih Demirala qarşı intizam araşdırması başlatması ilə bağlı vəziyyətə görə çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "TRT Haber" diplomatik mənbələrə istinadən məlumat yayıb.

Almaniyanın daxili işlər naziri Nensi Feserin UEFA-nı Merih Demirala qarşı intizam araşdırması başlatmağa çağırması ilə bağlı səfirə qəti etiraz bildirilib.

Qeyd edək ki, UEFA Türkiyə yığmasının üzvü Merih Demiralın Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalının Avstriya millisi ilə matçında “bozqurd” işarəsi göstərməsinə görə araşdırmaya başlayıb. Yekun qərarın yaxın zamanda açıqlanacağı gözlənilir.


SON XƏBƏRLƏR

05 Iyul 2024