• Bakı 32° C

    2.8 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

İlham Əliyev: Azərbaycanla Rusiya arasında milli valyutalarda qarşılıqlı hesablaşmalar artır

SİYASƏT

03 Iyul 2024 | 18:16

İlham Əliyev: Azərbaycanla Rusiya arasında milli valyutalarda qarşılıqlı hesablaşmalar artır

Həm keçən il, həm də bu il əmtəə dövriyyəsinin artması ölkələrimizin iqtisadiyyatlarının fəal qarşılıqlı fəaliyyət göstərdiyini nümayiş etdirir.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Astanada Rusiya lideri Vladimir Putinlə görüşündə deyib.

Dövlət başçısı qeyd edib ki, milli valyutalarda qarşılıqlı hesablaşmalar artır:

“Bu, Azərbaycanın Rusiyaya ixracında artıq 70 faizdən çoxdur, Rusiyanın Azərbaycana ixracında isə 50 faizə yaxındır. Beləliklə, Sizinlə bir neçə il əvvəl danışdıqlarımız artıq uğurla həyata keçirilir”.


SON XƏBƏRLƏR

05 Iyul 2024