• Bakı 22° C

    1.6 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Heyvan dişləməsi zamanı nə etməli?

CƏMİYYƏT

03 Iyul 2024 | 15:39 | Müəllif: Qalib İbrahimoğlu

Heyvan dişləməsi zamanı nə etməli?

“Heyvan dişləməsi baş verdikdə həkimə çatdırıla bilinmirsə, mütləq evə təcili tibbi yardım çağırılmalıdır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri vəzifələrini icra edən Aytəkin Qurbanova deyib.

Onun sözlərinə görə, həkim gələnə qədər yaranı mütləq axar su altında 72% paltar sabunu ilə yumaq, spirtlə təmizləmək lazımdır.

Bildirib ki, yaranı yandırmaq düzgün deyil.

A.Qurbanova bütün bunlarla yanaşı xatırladıb ki, zərərçəkən mütləq vaksinasiya kursunu bitirməlidir.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR